EN

8 aylıq körpəsi bətnində öldü, həkimdən şikayətçi oldu

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Amasyada ilk uşağına hamilə olan Betül Aykaç, 8 aylıq körpəsini bətnində itirdi.

Sherg.az xəbər verir ki, o, bütün hamiləlik nəzarətini etdiyi həkimin səhlənkarlığına görə şikayətçi olub.

Betül Aykaç iddia edir ki, son müayinəsində təzyiqi yüksək olsa da, xəstəxanaya yatırılmayıb və sadəcə 4 gün sonrasına şəkər testi üçün randevu verilib. Özəl xəstəxanada müayinədə körpəsinin bətnində öldüyü aşkarlanıb. Aykaç xəstəxanaya qayıdaraq uşağı ölü dünyaya gətirib.

Betül Aykaç və həyat yoldaşı məsuliyyət daşıyan həkim barəsində polisə şikayət ediblər. Hadisə ilə bağlı istintaq başladılıb.

“Əgər təzyiqim yüksək olanda yatırılmış olsaydım, indi körpəm qucağımda olardı”, — deyə Betül Aykaç bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
sherg.az

2Sources