EN

Dünya çempionu yenidən iş başında

Alberto Cilardinonun yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, o, İtaliya A seriyasına vəsiqə qazanan “Piza”nın baş məşqçisi təyin olunub.

Klubun mətbuat xidmətinin məlumatına görə, italiyalı mütəxəssislə “2+1 il” sxemi üzrə müqavilə imzalanıb. Cilardino yeni vəzifədə komandanı yüksək liqaya çıxaran Filippo İnzaqini əvəzləyib.

Qeyd edək ki, İtaliya millisi ilə dünya çempionu olan sabiq hücumçu daha əvvəl “Syena” və “Cenoa”nı çalışdırıb.

Chosen
16
1
football-plus.az

2Sources