EN

Ağ Evin ətrafına əlavə hasarlar çəkildi

ABŞ Prezidentinin iqamətgahı olan Ağ Evin ətrafında əlavə hasarlar quraşdırılır.

Publika.az xəbər verir ki, bu barədə "The Teen Magazine" məlumat yayıb.

Təhlükəsizlik xidməti gücləndirilmiş təhlükəsizlik tədbirlərinin səbəbləri barədə məlumat verməyib.

Sosial şəbəkələrdə bəzi istifadəçilər iddia ediblər ki, "barrikadalar"ın iyulun 4-də qeyd olunan Müstəqillik Gününə hazırlıqla bağlı ola bilər. Digərləri isə hakimiyyətin mümkün etirazlar və ya siyasi hadisələrdən narahat olduğunu düşünür.

Şərhçilər, hakimiyyətin ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna cavab olaraq Trampa qarşı etirazlara və ya nümayişlərə hazırlaşdığını fərz edir.

Chosen
20
48
publika.az

10Sources