EN

Biləcəridəyol PROBLEMİ - Səkilər yoxdur, maşınlar küçəyə park olunurVİDEO

Yolun sağ tərəfindəki avtoservislərə müştəri axını səngimir. Bu da o deməkdir ki, hər gün onlarla maşın bu dar küçəyə daxil olur, və təmir üçün dayanır.

Xezerxeber.az xəbər verir ki, küçənin sol tərəfində isə köhnə, hərəkət etməyən avtomobillər  uzun müddətdir  park edilib. Bu isə yolda nəqliyyatın hərəkətini iflic vəziyyətə salıb. Piyadalar isə ümumiyyətlə nəzərə alınmayıb. Səki yoxdur, təhlükə isə böyükdür.

Sakinlər deyir ki, burada nə yol genişlənir, nə də park edən maşınlara hər hansı nəzarət olunur. Bəzi avtomobillər hətta aylarla burada saxlanılır. İş və məktəb saatlarında vəziyyət daha da ağırlaşır. 203 nömrəli marşrut da bu yolla hərəkət edir. Sürücülər də, sərnişinlər də hər gün eyni çətinliklə üzləşir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Chosen
8
xezerxeber.az

1Sources