EN

Göydən adamların başına dollar “yağışı” yağdı –VİDEO

ABŞ-ın Şərqi Detroit bölgəsində göydən dollar “yağışı” yağıb. 

AzPost Detroit News-ə istinadən bildirir ki, Qratio prospekti ərazisi üzərində uçan helikopterdən yerə pul tökülüb. Şahidlər minlərlə dolların səpildiyini deyirlər.

Yaranmış qarışıqlığa görə, altı zolaqlı yolda avtomobillərin hərəkəti dayanıb.

Yerli sakinlərin sözlərinə görə, bu, Alzheimer xəstəliyindən dünyasını dəyişən yaxınlıqdakı avtoyuma məntəqəsinin sahibinin son jesti olub. Onun dəfn mərasimi həmin gün baş tutub.

Polis yarım saat küçəni bağlayıb. Hər şey insidentsiz keçib, hamıya bir qədər pul çatıb.

 

AzPost.az

Chosen
61
50
azpost.info

10Sources