İtaliyanın “Milan” klubu heyətində icarə əsasında çıxış edən hücumçu Joau Feliks və qanad oyunçusu Rikardo Sottilla yollarını ayırıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi “X” (əvvəlki Twitter) hesabı vasitəsilə məlumat yayıb.
Feliks 2025-ci ilin fevralında “Çelsi”dən “Milan”a transfer olunub. O, bütün turnirlərdə 21 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Sottilla isə “Fiorentina”dan icarəyə götürülmüşdü və “Milan”da 8 matça çıxıb, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
Ötən mövsüm “Milan” İtaliya A Seriyasını 8-ci pillədə tamamlayıb.