AZ

Zirə nin rəqibi 4 futbolçusunu yola saldı

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Hayduk" 4 futbolçusu ilə yollarını ayıb.

Fanat.Az xəbər verir ki, bu barədə Split təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xorvatiya klubu qapıçı Lovre Kaliniç, hücumçular Stipe Biuk, Yan Mlakar və Nazariy Rusinlə vidalaşıb. Kaliniçin müqaviləsinin müddəti başa çatıb. İcarədə olan ön xətt oyunçuları isə müqavilə ilə bağlı olduqları klublara qayıdıblar.

Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı isə ayın 31-də Splitdə təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
30
fanat.az

10Mənbələr