“Sabah” legioneri Vinsent Till ilə yollarını ayırıb.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.
Till 2023-cü ildən “Sabah”ın formasını geyinirdi. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 35 oyunda 3 qola müəlliflik edib.