EN

Paşinyanın mətbuat katibi Ermənistanda Fransanın nüvə tullantılarının saxlanması barədə məlumatı təkzib edib

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Fransanın dövlət nüvə şirkəti “Orano”nun Ermənistana işlənmiş nüvə yanacağını gizli şəkildə daşımağa başlaması barədə yayılan məlumatı təkzib edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, bu məlumatın yayılması Ermənistanın beynəlxalq nüfuzunu zədələmək və ölkənin Fransa ilə əməkdaşlığına kölgə salmaq məqsədi daşıyır.

N.Baqdasaryanın fikrincə, Ermənistanın siyasətinə və onun proqramlarının həyata keçirilməsinə mane olan "bəzi mərkəzlər" mövcuddur.

Qeyd edək ki, “courrierfrance24.fr” nəşrinin məlumatına görə, bu planın həyata keçirilməsi Ermənistan baş naziri Nikol Paşinyanın 2025-ci ilin fevralında Parisə səfərindən bir neçə həftə sonra başlayıb. Orada Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və yüksək rütbəli enerji rəsmiləri ilə görüşüb. Nəticədə yüklər Ermənistanın ekoloji cəhətdən ən həssas bölgələrindən biri olan, UNESCO tərəfindən qorunan milli parkın ərazisində yerləşən Dilican qoruğuna göndərilib.

Fransadan skandallı tədarüklər baş nazir Nikol Paşinyanın mülki həyat yoldaşı Anna Akopyanın icraçı direktoru olduğu "Mənim addımım" fonduna bir sıra "xeyriyyə" ianələrindən sonra başlayıb. “Courrier France 24”ün məlumatına görə, 2025-ci ilin aprel və may aylarında "Mənim addımım" xeyriyyə fondu əvvəllər heç vaxt xeyriyyəçiliklə məşğul olmayan bir fransız şirkətindən 800 min avro dəyərində iki ayrı ianə alıb.

Chosen
14
2
report.az

3Sources