EN

Ukrayna Rusiya neftini alan ölkələrə sanksiya elan edir: “Kölgə donanmasına qarşı mübarizə başlayır”

Ukrayna Rusiyadan ən çox neft idxal edən dövlətlərə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andriy Sıbıqa bəyanat verib.

“Biz həm özümüz, həm də tərəfdaşlarımız vasitəsilə buna reaksiya verəcəyik və sanksiya tədbirlərini təşviq edəcəyik. Elə çox ölkə yoxdur ki, Rusiyanın əsas neft istehlakçısı olsun. Bundan başqa, bu məqsədlə kölgə donanması geniş şəkildə istifadə olunur”, – deyə Sıbıqa vurğulayıb.

Nazirin sözlərinə görə, yaxın vaxtlarda Ukrayna bu ölkələrə qarşı konkret sanksiya mexanizmlərini işə salacaq.

Sıbıqa əlavə edib ki, Rusiya nefti, qazı və digər enerji məhsulları hələ də ölkə büdcəsinə böyük gəlir gətirir və Avropa bazarlarına daxil olur. Ukrayna rəhbərliyi beynəlxalq ictimaiyyəti Rusiyanın enerji gəlirlərini məhdudlaşdırmaq üçün daha sərt tədbirlər görməyə çağırır.

Musavat.com

 

 

 

 

 

Chosen
35
50
musavat.com

10Sources