EN

“Real” açıqladı: Yenə zədələnib

“Real” klubunun mətbuat xidməti müdafiəçi David Alabanın yeni zədələndiyini açıqlayıb.

Publika.az xəbər verir ki,33 yaşlı avstriyalı futbolçunun tibbi müayinəsindən sonra onun sol ayağının baldır əzələsində zədə aşkarlanıb.

Alaba bu mövsümün böyük hissəsini dizindəki ön çarpaz bağın qopması səbəbilə buraxmalı olub və “kral klubu”nun heyətində cəmi 14 oyunda iştirak edib. 2025-ci ilin aprelində isə futbolçuya sol diz meniskinin qopması diaqnozu qoyulmuşdu.

Chosen
18
10
publika.az

10Sources