EN

"Udineze"nin qapıçısı Okoye 4 il müddətinə diskvalifikasiya oluna bilər

"Udineze" klubunun qapıçısı Maduka Okoye uzunmüddətli diskvalifikasiya ala bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 25 yaşlı nigeriyalı qapıçının danışılmış oyunla bağlı məsələdə iştirak etdiyi ehtimal olunur. Belə ki, 2024-cü ilin mart ayında "Latsio" ilə keçirilən oyunun 64-cü dəqiqəsində vaxtı uzatdığı üçün sarı vərəqə alıb. Həmin hadisəyə qeyri-adi dərəcədə çox mərc edildiyi müəyyən olunub. Bukmekerlər bu hadisə üzrə qalib mərclərə 120 min avrodan çox ödəniş edib.

Hadisə ilə bağlı materiallar İtaliya prokurorluğuna təqdim olunub. Futbolçunu 4 ilədək diskvalifikasiya gözləyir.

Maduka Okoye 2024/25 mövsümündə bütün turnirlərdə 26 oyunda iştirak edib, 40 qol buraxıb və 5 oyunu quru hesabla başa vurub. O, həmçinin 6 iyun tarixində Nigeriya millisinin Rusiya ilə keçirdiyi yoldaşlıq oyununda (1:1) da forma geyinib.

Chosen
50
49
operativmedia.az

10Sources