AZ

Rövşən Hüseynli: "Bu il Qazaxıstan çempionatında çıxış etməyəcəyəm"

"Bu il Qazaxıstan çempionatında çıxış etməyəcəyəm".

Bunu Operativ Media-ya açıqlamasında Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli bildirib.

O, Qazaxıstanın "Astana" klubundan ayrılmasının səbəbini açıqlayıb.

 "Əslində, mövsüm sonunda gələcək sezonla bağlı ilkin danışıqlarımız olmuşdu. Bu mövsümdə olduğu kimi, yenə həm qapıçı, həm də qapıçılar üzrə məşqçi kimi işimə davam edəcəkdim. Sadəcə olaraq, son anda şəxsi məsələlərə görə belə bir qərar verdim".

Təcrübəli qapıçı gələcək karyerası ilə bağlı da danışıb.

"Karyeramla bağlı yaxın günlərdə hər şey dəqiqləşəcək. Hal-hazırda danışıqlar gedir. Avropa ölkələrində oynamaq variantı da var, yenidən "Araz"a qayıtmaq ehtimalı da. Bir şey dəqiqdir ki, bu il Qazaxıstan çempionatında çıxış etməyəcəyəm".

 

Seçilən
49
49
operativmedia.az

10Mənbələr