EN

Gəncədə qadın sirkə turşusunu su bilib içdi, vəziyyəti ağırdır

GƏNCƏ, 28 iyun. TELEQRAF

Gəncədə qadın sirkə turşusundan zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü İradə Məhərrəmova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Qadına ilkin yardım göstərilsə də, vəziyyəti ağırlaşdığından Bakı şəhərinə göndərilib.

İlkin məlumata görə, 50 yaşlı qadın bankada olan sirkə turşusunu su bilərək içib.

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
104
18
teleqraf.com

10Sources