EN

Premyer Liqa klubu baş məşqçi postuna kimi gətirdi?

Kit Endryus İngiltərə Premyer Liqası təmsilçisi “Brentford”un baş məşqçi vəzifəsinə təyin olunub.

Sportinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis iyunun 12-də “Tottenhem”lə 3 illik müqavilə imzalayan sabiq baş məşqçi Tomas Frankı əvəzləyib.

Endryus 2024-cü ilin yayından “Brentford”da standart vəziyyətlər üzrə məşqçi funksiyasını yerinə yetirir.

O, daha əvvəl “Şeffild Yunayted”, “Milton-Kins Dons”da və İrlandiya millisində məşqçi kimi çalışıb.

Chosen
25
3
sportinfo.az

10Sources