EN

“Səbail” Premyer Liqa üçün ilk addımını atdı – 3 illik müqavilə bağlandı

“Neftçi” ilə müqaviləsi başa çatan Rəhman Hacıyevin “Səbail”in maraq dairəsində olduğunu xəbər vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, artıq tərəflər razılığa gəlib. Millimizin sabiq üzvü növbəti mövsüm karyerasını I Liqada davam etdirəcək. Hacıyev “Səbail”dən gələn təkliflə razılışıb.

“Dənizçilər” təcrübəli futbolçu ilə 3 illik müqavilə bağlayıb.

Növbəti mövsüm Premyer Liqaya qayıtmaq istəyən paytaxt təmsilçisi daha bir neçə futbolçunu heyətinə qatacaq.

Rəhbərlik diqqəti daha çox Premyer Liqa təcrübəsi olan yerli futbolçulara yönəldib. Hazırda bir neçə futbolçu ilə danışıq aparılır.  

Chosen
10
24
idmanxeber.az

10Sources