EN

Seyfəddin Hüseynlinin qardaşlarının öldürülməsinin təfərrüatı məlum oldu

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edirlər. İstintaq Komitəsi hələlik məsələ ilə bağlı şərh verməyib.

Məlumata görə, söhbət 2001-ci ildə diasporun iştirakı ilə baş vermiş qətldən

gedir. İddialara görə, qətl hadisəsi Səfərovlara məxsus kafedə baş verib.

Cinayət işi təzələnərək yenidən icraata götürülüb.

Azərbaycan-Ural təşkilatının rəhbəri Şahin Şıxlinski kütləvi həbslərlə bağlı iddialara belə münasibət bildirib:

"Bu barədə heç nə bilmirəm. Mən saxlanılmamışam".

Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Bakir və Hüseyn Səfərov qardaşları döyülərək öldürülüb.

Onlar tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
2
sherg.az

7Sources