EN

Azərbaycan yığması Ermənistanı məğlub etdi

20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında qızlardan və oğlanlardan ibarət komandalarımız uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıblar.

Futbolpress.az xəbər verir ki, Litvanın Vilnüs şəhərində bu gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur. Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü 2:0 hesabı ilə Ermənistan komandasına qalib gələrək 1/4 finala vəsiqəni təmin ediblər.

İlkin mərhələdə Gürcüstan təmsilçilərinə 2:1 hesabı ilə qalib gələn Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib. Sabah keçiriləcək 1/4 finalda qızlarımız ev sahibləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, yarışa iyunun 29-da yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

Chosen
25
22
futbolpress.az

10Sources