EN

Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır - XƏBƏRDARLIQVİDEO

Son vaxtlarda teleqram hesablarının oğurlanması yenidən kütləvi hal alıb.

Xezerxeber.az xəbər verir ki, dələduzlar oğurlanan hesabların sahibinin adından yaxınlarından borc pul istəyirlər və ya kart həsablarına giriş əldə edirlər.

İKT mütəxəssisi Əmrah Mövsümov deyir ki, "Telegram" hesablarının oğurlanması daha çox fişinq hücumları vasitəsilə həyata keçirilir.

Mütəxəssis bildirir ki, kiberdələduzların toruna düşməmək üçün şəxsi səhifələr ən güclü şəkildə qorunmalıdır.  

Elektron Təhlükəsizlik Xidməti də teleqram hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, hazırda vətəndaşların teleqram hesablarının ələ keçirilməsi halı müşahidə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir

Chosen
19
16
xezerxeber.az

10Sources