AZ

"Telegram" hesabınız varsa, diqqətli olun! - Video

Son vaxtlarda "Telegram" hesablarının oğurlanması yenidən kütləvi hal alıb.

Publika.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, dələduzlar oğurlanan hesabların sahibinin adından yaxınlarından borc pul istəyirlər və ya kart həsablarına giriş əldə edirlər.

İKT mütəxəssisi Əmrah Mövsümov deyir ki, "Telegram" hesablarının oğurlanması daha çox fişinq hücumları vasitəsilə həyata keçirilir.

Mütəxəssis bildirir ki, kiberdələduzların toruna düşməmək üçün şəxsi səhifələr ən güclü şəkildə qorunmalıdır.

Elektron Təhlükəsizlik Xidməti də "Telegram" hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, hazırda vətəndaşların "Telegram" hesablarının ələ keçirilməsi halı müşahidə olunur.

Seçilən
0
15
publika.az

10Mənbələr