EN

Azərbaycanda yeni uşaq filmi çəkilir

  Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov uşaq filmi çəkir.

Referans bildirir ki, bu barədə Teleqraf-a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Bildirilib ki, film Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilir. Hazırda kinostudiyanın otaqlarında filmin kastinqi, kiçik pavilyonda isə dekorasiyaların qurulması həyata keçirilir.

“Filmin çəkilişlərinə isə avqust ayında start veriləcək”.

Həmçinin kinostudiyada rejissor Vaqif Mustafayevin “Molla Nəsrəddin-çətin günlərimin dostu” filminin çəkilişləri davam edir.

“Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur. “Molla Nəsrəddin- çətin günlərimin dostu” filmi ortaq türk mədəniyyətinə xidmət edir. Layihədə 5 türkdilli ölkə (Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan) iştirak edir”.  

Chosen
15
2
referans.az

3Sources