EN

Beyninə qan sızan Vüsal Murtuzəliyevin SON DURUMU

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “report.az”a aktyorun bacısı Dilarə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:

"Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq", - o əlavə edib.

Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.

Bizim.Media

Chosen
20
14
bizim.media

10Sources