EN

Prokurorluq “Azərbaycanfilm” kinostudiyasındakı partlayışın ilkin nəticələrini açıqladı...


Baş Prokurorluq Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi zamanı dəyən ziyanla bağlı açıqlama yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb,

Bildirilib ki, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

ZÜMRÜD

Chosen
9
9
baki-xeber.com

10Sources