EN

Rusiyada aviaşirkətlərə İraq, İran və İordaniya üzərindən uçmağa icazə verilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskva, 27 iyun, AZƏRTAC

“Rosaviasiya” agentliyi Rusiya aviaşirkətləri üçün İraq, İran və İordaniya hava məkanında uçuşlara qoyulan qadağanı ləğv edib.

AZƏRTAC xəbər verir ki, agentlik qərarın Yaxın Şərqdə mülki aviasiya fəaliyyətinin davam edən təhlilinin nəticələrinə əsasən qəbul edildiyini vurğulayıb. Mütəxəssislər vəziyyəti izləməyə davam edir və vəziyyət dəyişərsə, məlumat operativ şəkildə aviaşirkətlərə çatdırılacaq.

“Aeroflot” aviaşirkəti iyulun 4-dən Tehrana uçuşları bərpa etməyi planlaşdırır. Aviadaşıyıcının saytında verilən məlumata görə, Tehrana uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

İyunun 13-də hərbi əməliyyatların başlaması ilə əlaqədar “Rosaviasiya” İsrail, İordaniya, İraq və İran üzərində uçuşlara müvəqqəti qadağa qoymuşdu. Münaqişənin kəskinləşməsindən sonra məhdudiyyətlər Qətərin hava məkanına qədər genişləndirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
43
azertag.az

10Sources