Ukrayna ordusu son 24 saatda paytaxt Moskva başda olmaqla, Rusiyanın müxtəlif şəhərlərinə PUA hücumları həyata keçirib.
Mia.az Rusiya mətbuatına istonadla xəbər verir ki, bu səbəbdən ölkənin hava nəqliyyatı iflic olub.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi fakt təsdiqlənib: "Moskva, Sankt-Peterburq və Nijni Novqorod hava limanlarında ümumilikdə 287 reys ləğv olunub. Ölkənin müxtəlif bölgələrində hava məkanından istifadəyə qoyulan müvəqqəti məhdudiyyətlər fonunda ölkədaxili hava daşımaları ilə bağlı vəziyyət diqqətlə izlənilir və nəzarətdədir"
Zülfiyyə Mustafayeva
MİA.AZ