EN

"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"

"Mərdəkan, Şüvalan tərəfdə torpaq qalmayıb, hamısını alıb zövqsüz evlər tikib od qiymətinə satırlar. Bir adam da demir ki, niyə o zonanı belə bərbad günə qoymusunuz? Olmaz ki, bütün ölkələrdə olduğu kimi, hər şəhərin, bölgənin, kəndin bir dizayna uyğun görüntüsünü və rəngini əvvəldən hazırlasınlar və ev tikən insanlara bu layihəyə uyğun tikintiyə icazə verilsin? Heyif deyil o torpaqlar? Bu real olmayan qiymətləri kim təyin edir axı?"

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. O, Bakının bir çox qəsəbələrində evlərin qiymətlərinin baha olmasından şikayətlənib. İfaçı həmçinin həmin evlərin zövqsüz dizayn edildiyini qeyd edib:

"2-3 makler gəzir ortalıqda, torpağı ucuz qiymətə alıb, 3-4 sotla bölüb, bir-birinə bənzər ucuz və keyfiyyətsiz materiallardan istifadə edib, zövqsüz evləri tikib 350 mindən 2 milyona kimi qiymətlərlə satırlar. Bu adamların arxasında duranların pulları var, amma insaf və zövqləri yoxdur.

Chosen
15
28
demokrat.az

10Sources