Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi beynəlxalq ictimaiyyəti İslam Respublikasına qarşı təcavüzə görə ABŞ və İsraili məsuliyyətə cəlb etməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti nəlumat verib.
“Beynəlxalq ictimaiyyət sionist rejimi (yəni İsraili) və Amerika Birləşmiş Ştatlarını İranın ərazi bütövlüyünə və milli suverenliyinə qarşı açıq təcavüz nəticəsində beynəlxalq hüququn pozulmasına görə məsuliyyətə cəlb etməlidir”, – deyə Əraqçi Hindistanlı həmkarı Subramanyam Cayşankar ilə telefon danışığında bildirib.
İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran cavab hücumu həyata keçirib. ABŞ isə eskalasiyadan doqquz gün sonra – 22 iyun gecəsi münaqişəyə qoşularaq İranın üç nüvə obyektinə zərbə endirib.
23 iyun axşamı Tehran Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazası – Qətərdə yerləşən Əl-Üdeyd bazasına raket hücumu həyata keçirib. ABŞ hakimiyyətinin məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb, ciddi ziyan dəyməyib.
Daha sonra ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail və İran atəşkəsə tam razılıq veriblər. Atəşkəs 24 iyun tarixindən qüvvəyə minib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.