EN

70 yaşlı qadın “Porsche” ilə QƏZA TÖRƏTDİ - Əyləclə qazın yerini səhv salıbmış... – VİDEO

Moskvada 70 yaşlı təqaüdçü qadın “Porsche Cayenne” markalı avtomobili ilə yol-nəqliyyat hadisəsi törədib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Осторожно, новости" Telegram kanalı məlumat yayıb.

Hadisə zamanı qadın narıncı rəngli “Porsche Cayenne” markalı avtomobili ilə parkinqdən çıxarkən qaz və əyləc pedalını səhv salıb.
 

Nəticədə o, birbaşa qazonun üzərindən keçərək yol nişanlarını dağıdıb və maşını aşırıb. Məlumata görə, qəza zamanı xəsarət alan olmayıb. Yerli sakinlərin bildirdiyinə görə, lüks avtomobil sürən bu qadına daha əvvəl də sürücülük tərzi ilə bağlı iradlar bildirilib.


Hadisə yerinə yol patrul xidməti əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları araşdırılır.


Bizim.Media

Chosen
125
29
bizim.media

10Sources