ŞƏKİ, 5 iyul. TELEQRAF
Şəkidə yük avtomobili minik avtomobili ilə toqquşub, iki azyaşlı qardaşlarxəsarət alıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsiŞəki-Qax yolunun rayonun Aşagı Göynük kəndiərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mersedes" markalı minik avtomobili Göyçay rayon sakini 1979 cu il təvəllüdlü Muradov Anar Neymət oglunun idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili ilə toqquşub.
Qəzazamanı iki azyaşlı 2002-ci il təvəllüdlü Cəmilli Musa Bəhruz oğlu və onun qardaşı 2003-cü il təvəllüdlü CəmilliHarun Bəhruz oğlu Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.