EN

Azərbaycan manatının dövretmə sürəti artıb

Bu ilin iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,36 bənd təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,03 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,09 bənd az, ötən il iyunun 1-nə nisbətən isə 0,01 bənd çoxdur.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Chosen
6
14
sia.az

10Sources