EN

İsrailLivanın cənubunda hava əməliyyatı keçirib

Bakı. Trend

İsrail ordusu Livanın cənubunda Əl-Tahir adlı meşəlik ərazidə,Kfar-Tebnit və Nəbatiyə Əl-Fuqanın dağlıq ərazilərində havaəməliyyatı keçirib.

Trend bu barədəLivan Milli Xəbər Agentliyinə (NNA) istinadən xəbər verir.

Agentliyin məlumatına görə, İsrail hava qüvvələri əməliyyatzamanı zərbə raketlərindən istifadə edib və yüksək partlayışsəsləri uzaq məsafələrdən, o cümlədən, İsraildən belə eşidilib.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakıhava əməliyyatında Hizbullahın mövqelərinin, o cümlədən, hərəkatınyeraltı komanda mərkəzinin hədəfə alındığını bildirib.

Tebnit kəndinin yaxın çevrəsinə azı 12 aviazərbənin endirildiyibildirilir.

Məqalədə:
Chosen
44
18
az.trend.az

10Sources