EN

Gürcüstan müxalifətinin əsas liderlərindən biri həbs edildi

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Meliya 8 ay müddətinə həbs olunub.

Gununsesi.info xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Məhkəmənin qərarı ilə müxalifətçinin iki il müddətinə vəzifə tutması da qadağan olunub.

Qeyd edək ki, N.Meliya parlamentin sabiq dövlət başçısı Mixeil Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdıran müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurdu.

Tbilisi məhkəməsinin qərarları ilə eyni ittiham irəli sürülmüş digər müxalifətçilər – “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze 7 ay, “Güclü Gürcüstan” koalisiyasının liderləri – Mamuka Xazaradze və Badri Caparidze 8 ay, “Ağmaşenebeli strategiyası” partiyasının lideri Giorgi Vaşadze və siyasətçi Givi Tarqamadze 7 ay müddətinə həbs ediliblər.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
3
icma.az

5Sources