EN

Bu ölkə Rusiyadan S-400 almaq istəyir

Hindistan və Rusiya müdafiə nazirləri bu yaxınlarda Çinin Şandun əyalətinin Qingdao şəhərində keçirilən görüşdə müasir silah və texnologiyalar sahəsində əməkdaşlığı müzakirə ediblər.

Publika.az xəbər verir ki, tərəflər Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin çatdırılmasının sürətləndirilməsi, Su-30MKI qırıcılarının modernləşdirilməsi və Hindistan silahlı qüvvələri üçün mühüm avadanlıqların alınmasını operativ şəkildə təşkil etmək barədə razılığa gəliblər.

İclasın yekunlarını açıqlayan Hindistan Müdafiə Nazirliyi bildirib ki, “Sindoor” əməliyyatı ətrafında yaranmış mürəkkəb vəziyyət və sonradan ölkənin müdafiə qabiliyyətinin, o cümlədən hava hücumundan müdafiə, raket texnologiyası və aviasiya modernləşdirilməsinin gücləndirilməsi zərurətini nəzərə alaraq, görüşdə mühüm qərarlar qəbul edilib. Hərbi idarə rəisləri beynəlxalq vəziyyət, beynəlxalq terrorizmlə mübarizə və iki ölkə arasında müdafiə sahəsində tərəfdaşlığın gələcək inkişaf perspektivləri kimi mövzulara toxunublar.

Chosen
20
publika.az

1Sources