EN

Şəhid oğlu leytenant oldu Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Sənan Axundovun oğlu Tahir Axundova leytenant rütbəsi verilib.

“Qafqazinfo” xəbər verir ki, o, Sankt-Peterburqda yerləşən Ali Hərbi Tibb Akademiyasından məzun olub.

Hərbi cərrah kimi fəaliyyət göstərəcək Tahir zabit olaraq şəhid atasının məzarını ziyarət edib.

Qeyd edək ki, şəhid Sənan Axundovun xanımı Nəcibə Axundova Bakıda 34 nömrəli tam orta məktəbin direktorudur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
14
qafqazinfo.az

10Sources