EN

Bu gün Dövlət dilimizin elan olunmasından 107 il keçir…

27 iyun 1918-ci ildə Türk dili Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət dili elan edilib.

Dünən Ordumuzun yaranmasının 107 illiyini qeyd etdik. Bu gün isə Dövlət dilimizin elan olunmasından 107 il keçir.

Ümumiyyətlə zaman-zaman Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikasının ölkəmiz üçün əlamətdar olan, özəlliklə dövlət tarixi ilə bağlı məsələlərdə təməlin Cümhuriyyət dönəmindən götürməsi həm hüquq, həm siyasi-ideoloji olaraq doğrudur və vacib amildir.

Lakin bu sadəcə dövlət qurumlarının yaradılışı ilə olmamalıdır. Biz sadəcə yaradılan nazirliklərin varisi deyilik axı. Biz hər şeydən öncə “Millətlərə İstiqlal, İnsanlara Hürriyət” fikrinin varisləriyik.

Azərbaycan xalqının 70 illik sovet əsarəti dövründə öz kökündən qopmamasının, Türkçülük ideologiyasını daha da gücləndirməsinin təməlində bu cür tarixi qərarlar dayanır. Qeyd etmək yerinə düşərdi ki, 1926-cı ildə keçirilən və bütün Türk cümhuriyyətlərindən elm adamları, ziyalıların iştirak etdiyi ilk türkoloji qurultay Bakıda baş tutub.

Cümhuriyyət dönəmində dövlət dili ilə bağlı müəyyən edilən siyasəti SSRİ ziyalılarımızın başını kəsdikdən sonra, yalnız 1938-ci ildə dəyişdirə bildi.

Hesab edirəm ki, cümhuriyyətçi babalarımızdan bizə miras qalan ideologiyanı inkişaf etdirməli, Türk kimliyinin gücləndirilməsi üçün vacib olan dil amilinə xüsusi önəm verməli və xarici təsirlərdən qorumalıyıq.

Milli şüurun formalaşması, milli kimlik kimi vətəndaşın yetişməsində önəmli rol alan amillərin fundamental özülü Ana dilinin Dövlət dilinə çevrilməsi üzərində qurulur. Bu da o deməkdir ki, dövlət dili milli-strateji məsələdir, milli təhlükəsizlik konsepsiyasına aiddir.

Və bu gün siyasi olaraq bir türk ailəsi modelindən dövlətin ən üst səviyyələrində fikirlər dilə gətirilirsə demək ki, bu məsələyədə yenidən baxmaq günümüzün reallığıdır.

Bunu isə aydınlarımız müzakirəyə çıxartmalıdırlar. Aydınlarımız isə susur. Susqunluqla isə aydın olmaq mümkün deyil!

P.S. Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin. Bu gün həm də onu anmaq, Şairin haqqıdır.

ANAR ƏSƏDLİ

Chosen
5
busaat.az

1Sources