EN

Tayvan və Çin arasında müharibə siqnalı: Döyüş təyyarələri və gəmiləri səfərbər edildi

Tayvan adası ətrafında Çinə məxsus 29 hərbi təyyarə və 6 gəmi aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi “X” hesabında açıqlama verib.

Bildirilib ki, dünən axşam saatlarından etibarən təyyarələrdən 17-si Tayvan boğazında tərəflərin təsir dairələrini ayıran orta xətti keçib. Həmçinin, Tayvan tərəfindən hava hücumundan müdafiə identifikasiya zonası (ADIZ) elan edilən ərazi ətrafında uçuşlar həyata keçirib.

Açıqlamada, həmçinin adanın ətrafında Çin donanmasına aid 6 döyüş gəmisinin təsbit edildiyi, Tayvan ordusunun vəziyyəti izlədiyi qeyd olunub.

Chosen
8
publika.az

1Sources