EN

“Neftçi” paraqvaylı yarımmüdafiəçi aldı - FOTO

"Neftçi" növbəti transferini rəsmiləşdirib.

Milli.Az xəbər verir ki, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq "Neftçi" ailəsinin üzvüdür.

25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.

Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub "Sportivo Ameliano"dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
5
milli.az

1Sources