EN

Futbol hakimi oyun zamanı HƏBS EDİLDİ

Braziliyada bir oyun zamanı futbol hakimi həbs edilib.

Azreform.info xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb.

Hadisə Vila Ligia rayonundakı Avenda Artur Paisão stadionunda baş verib. Baş hakim Ederson Karlos da Silva matçın ortasında silahlı və gülləkeçirməz jiletlə meydançaya qaçan polis əməkdaşları tərəfindən həbs edilib.

Müstəntiqlərin fikrincə, da Silva bütün San-Paulu şəhərində kokain paylayan böyük narkotik ticarəti şəbəkəsində iştirak etməkdə şübhəli bilinir.

Narkotiklərlə mübarizə polisinin rəhbəri Eduardo Kamarqo Limanın sözlərinə görə, hakim mütəşəkkil cinayətkar qrup üçün narkotiklərin saxlanmasının maddi-texniki təminatına cavabdeh olan şəxs olub.

Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları da Silvanın yarımştat futbol hakimi işlədiyini bilmirdilər.(publika.az)

Chosen
6
5
azreform.info

10Sources