EN

Fənərbaxça Türkiyə basketbolunda yeni tarix yazdı

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Basketbol üzrə Türkiyə çempionatında mövsümə yekun vuruldu."Football-plus.az" xəbər verir ki, dünən ''Ülkər Sports Arena''da final seriyasının 7-ci oyununda ''Fənərbaxça'' ''Beşiktaş''ı qəbul etdi.Oyunu hər iki klubun prezidentləri - Əli Koç ilə Sərdal Adalı yanbayan əyləşərək izlədilər. Seriyada 3:1 öndə olan və aşkar favorit sayılan ''Fənər'' doğma fanatları önündə çempionluğu rəsmiləşdirmək fürsətini əldən vermədi. Əvvəldən sona qədər üstün oynayan və bütün çeyrəkləri öndə tamamlayan Şarunas Yasikyaviçyusun komandası 84:68 hesabı ilə qalib gəldi. Beləliklə, seriyada hesabı 4:1-ə çatdıran ''Fənərbaxça'' ardıcıl 2-ci, son 4 ildə 3-cü, son 18 ildə 11-ci və tarixdəki 12-ci çempionluğunu əldə etdi. Xatırladaq ki, İstanbul nəhəngi bu mövsüm buna qədər nüfuzlu Avroliqa turnirinin, eləcə də Türkiyə kubokunun da qalibi olmuşdu. Kubokun finalında da ''sarı-lacivərdlilər'' ''Beşiktaş''ı üstələmişdi. Bununla da ''Fənərbaxça'' Türkiyə basketbolunda ''trebl'' qazanan ilk komanda kimi tarixə düşdü. Ümumiyyətlə, Avropada ''trebl'' qazanan sonuncu basketbol klubu 2015-ci ildə ''Real'' olmuşdu. Tanınmış litvalı mütəxəssis Yasikyaviçyusun isə məşqçi karyerasında 17-ci titulunu qazandığını bildirək. Qeyd edək ki, ''Fənərbaxça'' 2024/25-də keçirdiyi 84 rəsmi oyundan 67 qələbə, 17 məğlubiyyətlə ayrılaraq mövsümü 79,7 faizlik qələbə göstəricisi ilə tamamladı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
32
icma.az

10Sources