AZ

La Liqanın təqvimi açıqlanıb - İlk El-Klassiko Madriddə olacaq

İspaniya La Liqasında 2025/2026 mövsümün təqvimi açıqlanıb.

İdman.biz xəbər verir ki, ilk tur avqustun 17-də start götürəcək.

Son çempion "Barselona" ilk turda "Malyorka"nın qonağı olacaq. Çempionluğa digər iddialı "Real" mövsümə Madriddə start verəcək. Xabi Alonsonun debütü "Osasuna" ilə oyuna təsadüf edəcək.

Mövsümün ilk El-Klasikosu 10-cu turda oktyabrın 26-da Madriddə keçiriləcək. Barselonadakı ikinci oyun isə 35-cü tur çərçivəsində mayın 10-da baş tutacaq.

İdman.biz

Seçilən
51
32
idman.biz

10Mənbələr