EN

Partlayış kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında baş verib POLİSDƏN AÇIQLAMA

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
1
lent.az

10Sources