EN

Əvvəlcə arvadını, sonra gəlinini bıçaqladı...VİDEO

Sabirabad sakini həyat yoldaşını və gəlinini bıçaqlayıb.

Xezerxeber.az xəbər verir ki, cinayət hadisəsi rayonun Beşdəli kəndində qeydə alınıb. 69 yaşlı Rəvan Hüseynov münaqişə zəminində həyat yoldaşı, 61 yaşlı Aidə Hüseynovanı və gəlini, 42 yaşlı Lətafət Hüseynovanı bıçaqlayıb.

Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. TƏBİB-dən bildirilib ki, bu gün səhər saatlarında kəsilmiş-deşilmiş xəsarətləri ilə iki nəfər Sabirabad rayon sakini Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 61 yaşlı qadına döş qəfəsinin açıq yarası diaqnozu təyin edilib və əməliyyata alınıb, 42 yaşlı qadına isə

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
19
xezerxeber.az

1Sources