EN

Mbappe PSJ-ni şikayət ETDİ

Fransa millisinin futbolçusu Kilian Mbappe sabiq klubu PSJ-ni mənəvi təzyiqlərlə bağlı şikayət edib.

Viral.az AFP agentliyinə istinadən xəbər verir ki, Paris prokurorluğu bu işə görə araşdırmaya başlayıb.

26 yaşlı forvard 2026-cı ilin mayında ölkə çempionuna qarşı ittiham irəli sürüb. Hücumçu 2023-cü ildə ona qarşı mənəvi təzyiq olduğunu bildirib və təqiblərdən şikayətlənib. Mbappe daha sonra komandadan ayrılmaq istədiyi üçün məşqlərdən və matçlardan uzaqlaşdırılıb. Oyunçu yalnız danışıqlardan sonra heyətə qayıda bilib.

Son Yazılar:

Bu gün artıq Paris təmsilçisinə qarşı istintaq başladılıb.

Qeyd edək ki, Kilian Mbappe 2024/2025 mövsümünün əvvəlində İspaniyanın “Real” klubuna keçib.

Chosen
12
5
viral.az

6Sources