BAKI, 26 iyun. TELEQRAF
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nic qəsəbəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Teleqraf-a bu barədə DİN-dən məlumat verilib.
Ümumi çəkisi 4 ton olan 8000 ədəd çətənə kolu yandırılaraq məhv edilib.