EN

Xankəndidə hərbçilərin yürüşü keçirildi – FOTO/VİDEO

Xankəndi şəhərində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

Turkustan.az xəbər verir ki, xəbər verir ki, yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.

Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla dinləyib.

Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Tədbiri burada yaşayan sakinlər, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və idarəetmə xidmətinin, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları izləyiblər.









Bizim.Media

Chosen
11
12
turkustan.az

10Sources