Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı start götürəcək.
Operativ Media xəbər verir ki, turnirin ilk yarış günündə Azərbaycan millisinin 9 cüdoçusu 6 çəki dərəcəsində tatami üzərinə çıxacaq.
Qızlar arasında:
-40 kq çəki dərəcəsində, 1/8 final:
Mədinə Hüseynova – Nora Takaş
-44 kq, 1/16 final:
Gülşən Hüseynova – Sara Zvajker
-48 kq, 1/16 final:
Nərmin Ağamirzəzadə – Salome Merkviladze
Leyla Ələkbərova – Aleksis Byukenen
Oğlanlar arasında:
-50 kq, 1/16 final:
İbrahim Talıbov – Dimitrios Qulas
-50 kq, 1/8 final:
Anar Quliyev – Gilius Mitsyeviçyus / Petar Markoviç cütünün qalibi ilə
-55 kq, 1/16 final:
Rəsul Əlizadə – IJF nümayəndəsi Artur Sarkisyan
Məhəmmədəli Hüsiyev – Noa Petşallis
-60 kq, 1/8 final:
Zeyd Ələsgərov – Matye Demar / David Georqu cütünün qalibi ilə