Oxu.Az bildirir ki, bu barədə Lankaster Universitetinin anatomiya üzrə professoru Adam Teylor "Daily Mail" nəşrinə müsahibəsində danışıb.
O qeyd edib ki, soyuq duş sadəcə olaraq soyutma illüziyası yaradır, bədənin daxili istiliyini isə azaltmır.
"Bu fenomenin başa düşülməsi damar sisteminin soyuğa reaksiyasına əsaslanır. Həddindən artıq qızdırılan zaman orqanizm təbii şəkildə qan damarlarını genişləndirir və bununla da isti qanın dərinin səthinə yaxınlaşmasına, ətraf mühitə artıq istilik buraxmasına imkan verir", - deyə Adam Teylor qeyd edib.
Lakin soyuq su ilə təmas əks prosesi işə salır.
"Soyuq su dərinin səthinə yaxın olan damarların daralmasına səbəb olur. Nəticədə bu nahiyələrə qan axını azalır və deməli, istilik ötürülməsi də azalır. Siz faktiki olaraq istiliyi bədəninizin daxilində, xüsusən də həyati vacib orqanların ətrafında qapadırsınız", - deyə alim xəbərdarlıq edib.
Onun sözlərinə görə, tarixən isti iqlim zonalarında olan insanlar bu prinsipi intuitiv şəkildə başa düşürdülər. Məsələn, Yaxın Şərq və Şimali Afrikada ənənəvi olaraq isti havalarda ilıq içkilərdən istifadə edirdilər ki, bu da tərləməni və bədənin təbii soyumasını stimullaşdırırdı.
Professor Teylor vurğulayıb ki, soyuq duşdan sonra subyektiv sərinlik hissi aldadıcıdır.
"İnsan müvəqqəti rahatlama hiss edə bilər, lakin bu zaman orqanizmə soyumaq deyil, istiliyi saxlamaq siqnalı daxil olur. Bu effekt isti hava şərtlərində xüsusilə arzuolunmazdır, - deyə o bildirib.
Bundan əlavə, soyuğa kəskin məruz qalma ciddi fəsadlara səbəb ola bilər. 15°C və daha aşağı temperaturda olan su "soyuq şok" adlanan təsirə gətirib çıxara bilər ki, bu zaman qan damarları qəfil daralır və arterial təzyiq artır. Statistika göstərir ki, bu, xüsusilə ürək-damar xəstəliklərinə, o cümlədən ürəyin işemik xəstəliyinə meyilli insanlar üçün təhlükəlidir.
Bu xəbərdarlıqlara baxmayaraq, alim qeyd edib ki, evdə adi soyuq duş qəbul edərkən ciddi problemlərin yaranma riski minimaldır. Lakin məqsəd bədənin daxili temperaturunu effektiv şəkildə azaltmaqdırsa, o zaman soyuq duş optimal həll yolu deyil.
10Sources
-
hit.azYumurta harda saxlanmalıdır? - Avropa və ABŞ fərqli düşünür, amma cavab elmdir ( 19084663)
-
dogru.azHəkim Kaşux: İstidə çox soyuq içkilər zərərlidir ( 19035634)
-
redaktor.azDuş zamanı yuyucu parçalardan istifadə etmək təhlükəlidir ( 19029757)
-
news.milli.azQarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır? ( 18920410)
-
medicina.azSoyuq duş qəbul etmək ziyandır -Bu şəxslərə olmaz ( 18890161)
-
icma.azYaş “kupalnikdə” gəzmək təhlükəlidir Uroloji problemlər ( 18882121)
-
medicina.azYaş “kupalnikdə” gəzmək təhlükəlidir– Uroloji problemlər ( 18882076)
-
yenisabah.azHəyatınızı riskə atmayın Həkimlərdən soyuq duş xəbərdarlığı ( 18864637)
-
yenisabah.azHəyatınızı riskə atmayın – Həkimlərdən soyuq duş xəbərdarlığı ( 18864568)
-
avtosfer.az“Rahat” marketdən “Ariel” yuyucu tozu aldı, içindən duz çıxdı VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO ( 18864280)