AZ

Həyatınızı riskə atmayın – Həkimlərdən soyuq duş xəbərdarlığı

Yay aylarında bədən temperaturunu aşağı salmaq üçün qəbul edilən soyuq duş, bəzi hallarda sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Mütəxəssislər bu məsələdə ehtiyatlı olmağa çağırırlar.

Yenisabah.az xəbər verir ki, isti havalarda qəfil soyuq duş qəbul etmək bədənə gözlənilməz yük salır və bu, xüsusilə ürək-damar, qan təzyiqi və xroniki xəstəlikləri olan insanlar üçün təhlükəli nəticələr doğura bilər.

Mütəxəssislərin fikrincə, bədən qızmış halda olarkən birdən-birə soyuq su ilə təmas qan damarlarında spazma, ani təzyiq dəyişikliklərinə və hətta ürək ritminin pozulmasına səbəb ola bilər. Bəzi hallarda bu hal bayılma, infarkt və ya ürək dayanması ilə nəticələnə bilər. pizza hut

Fizioterapevt Dr. Cihad Dündar bildirib ki, isti havada günəş altında və ya fiziki fəaliyyət zamanı qızmış orqanizmə qəfil soyuq su tətbiq etmək, bədənin adaptasiya mexanizmini pozur:

“İnsanlar sərinləmək üçün dərhal soyuq suyun altına girirlər, amma bu, çox təhlükəlidir. Tədricən temperatur dəyişikliyi daha sağlam və təhlükəsizdir.”

Mütəxəssislər tövsiyə edirlər ki, xüsusilə idmandan sonra, günvurma riski olan şəraitlərdə və ya xəstəlik hallarında soyuq duşdan çəkinmək, əvəzində ilıq su ilə bədəni tədricən soyutmaq lazımdır.

 

 

Rəvan Rzazadə 

 

 


Telegram kanalımız
Seçilən
19
13
yenisabah.az

8Mənbələr