EN

Zelenski Xüsusi Tribunaldan danışdı: Haaqa günahkarları gözləyir

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurasının Baş katibi Alen Berse Rusiyanın Ukraynaya qarşı təcavüzü cinayəti üzrə Xüsusi Tribunalın yaradılması haqqında saziş imzayıblar.

Teleqraf xəbər verir ki, imzalanma mərasimi iyunun 25-də baş tutub.

"Bu saziş və bu tribunal bizə təcavüz cinayətinə görə ədaləti təmin etmək üçün həqiqi şans verir. Biz aydın şəkildə göstərməliyik: təcavüz cəzaya səbəb olur. Biz bunu birlikdə, bütün Avropa ilə etməliyik", - Ukrayna dövlət başçısı “Telegram” kanalında sazişin imzalanmasını şərh edərkən bildirib.

Zelenski əlavə edib ki, "Haaqa günahkarları gözləyir".

"Məsuliyyət olmalıdır. Avropa Şurasına bu prosesdə liderliyi öz üzərinə götürdüyü üçün təşəkkür edirəm. Ədalət mütləq bərpa olunacaq", - Ukrayna lideri yekunlaşdırıb.
Chosen
3
5
sherg.az

7Sources