AZ

Ukraynalı politoloq: Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmayıb?

Avropa Şurası Rusiyanın Ukraynaya qarşı aqressiyasının hüquqi cəhətdən araşdırılması üzrə ilk tribunalını yaradıb. Nə üçün şura Ermənistanın Azərbaycana qarşı cinayətlərini araşdırmaq üçün bu addımı atmayıb?

APA xəbər verir ki, bu barədə ukraynalı politoloq Taras Kuzio "X" hesabında yazıb.

O həmçinin, bunun SSRİ-nin süqutundan 34 il sonra təşkil edilən ilk analoji tribunal olduğunu söyləyib.

Ekspert Avropa Şurasını ikili strandartlarda da ittiham edib. T. Kuzio vurğulayıb ki, Ermənistan vaxtilə Azərbaycan ərazilərinin 20 faizini işğal edib, hazırda isə Rusiya Ukrayna ərazilərinin 20 faizinə nəzarət edir.

Qeyd edək ki, Ukrayna və Avropa Şurası Rusiyanın adıçəkilən ölkəyə qarşı aqressiyasının araşdırılması məqsədilə hərbi tribunal təşkil edəcək. Bu barədə müvafiq sənəd ötən gün Ukraynanın Prezidenti Volodimir Zelenski ilə Avropa Şurasının baş katibi Alen Berse arasında imzalanıb.

Seçilən
0
5
apa.az

7Mənbələr